Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
İmzalanma mərasimdə çıxış edən AREA-nın direktoru Cavid Abdullayev ölkəmizdə bərpa olunan enerji sahəsinin inkişaf etdiyini qeyd edib, bu sahədə görülən işlər və həyata keçirilən layihələrdən danışıb. ADNSU-nun rektor əvəzi Vazeh Əskərov bərpa olunan enerji sahəsinin inkişafında yüksək ixtisaslı kadrların hazırlanmasının universitet qarşısında prioritet məsələ kimi diqqətdə olduğunu bildirib.
Sonda AREA-nın direktoru Cavid Abdullayev və ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov tərəfindən Əməkdaşlıq Memorandumu imzalanıb.
Memorandumun məqsədi bərpa olunan enerji mənbələri və əlaqədar sahələri üzrə təlim-tədris, təcrübənin aparılması üzrə əməkdaşlığın qurulmasıdır.







