AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

AREA-nın şöbə müdiri ADA Universitetində keçirilən beynəlxalq konfransda çıxış edib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) şöbə müdiri Rəna Hümbətova ADA Universitetində keçirilən “İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi” üzrə 17-ci Beynəlxalq IEEE Konfransı (AICT 2023) çərçivəsində təşkil olunan “Qadınar Mühəndislikdə” panel müzakirəsində iştirak edərək çıxış edib.

Çıxışda AREA tərəfindən iqlim dəyişmələrinə təsirinin azaldılması sahəsində həyata keçirlən mitiqasiya tədbirləri barədə, o cümlədən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanuna əsasən qəbul edilmiş “Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi” və bu sistemin digər hökumət orqanlarının informasiya sistemləri ilə inteqrasiyası haqqında geniş məlumat verilib. Əlavə olaraq, energetika sektorunun karbon izinin azaldılması məqsədi ilə tətbiq olunan proqnoz modellər və ssenarilər haqqında məlumat iştirakçıların diqqətinə çatdırıb.

Göstərilən platformalarda paylaş: