AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

AREA-nın şöbə müdiri “Azərbaycanda az tullantılı və tullantısız elektrik nəqliyyatına keçid” mövzusunda keçirilən seminarda çıxış edib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) şöbə müdiri Rəna Hümbətova Qlobal Ekologiya Fondunun dəstəyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ətraf Mühit Proqramı və Qafqaz üçün Regional Ekoloji Mərkəzin Azərbaycan filialı tərəfindən “Azərbaycanda az tullantılı və tullantısız elektrik nəqliyyatına keçid” mövzusunda keçirilən seminarda çıxış edib. 

Rəna Hümbətova çıxışında “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının “İqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadənin genişləndirilməsi” fəaliyyət istiqaməti üzrə “Elektromobillik üzrə Milli Planın hazırlanması” tapşırığına əsas icraçı təyin edilmiş Energetika Nazirliyi tərəfindən görülmüş işlər barədə ətraflı məlumat verib.

Çıxışda 2023-ci ildə Energetika Nazirliyinin müvafiq əmri ilə aidiyyəti dövlət qurumlarının iştirakı ilə yaradılmış Elektromobillik üzrə İşçi Qrup tərəfindən görülmüş işlər, o cümlədən Azərbaycanda elektromobillik üzrə siyasətin formalaşdırılması üçün bazar potensialının araşdırılması, elektrik mühərrikli nəqliyyat vasitələri üçün müvafiq infrastrukturun yaradılması, elektromobildən istifadə nəticəsində qənaət oluna bilən ənənəvi yanacağın həcminin qiymətləndirilməsi, elektromobillik texnologiyasının tətbiqi nəticəsində mövcud elektrik enerjisi tələbatına təsirin qiymətləndirilməsi, nəqliyyat sektorunun elektrikləşdirilməsi və bərpa olunan enerjinin tətbiqinin sürətləndirilməsi arasında əlaqələrin araşdırılması, planın həyata keçirilməsində potensial şəbəkə məhdudiyyətlərinin müəyyən edilməsi barədə məlumat verilib.

Göstərilən platformalarda paylaş: