ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), bp və Kolin Azərbaycan şirkətlərinin dəstəyilə 23 iyun- 4 iyul 2025-ci il tarixlərində 19-cu Bakı Yay Enerji Məktəbi keçirilir. Tədbir çərçivəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Fəqan Abdurəhmanov “Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişafı” mövzusunda təqdimatla çıxış edib. Fəqan Abdurəhmanov ölkəmizin bərpa olunan enerji mənbələri sahəsində siyasət, qanunvericilik, investisiya mühiti, xüsusilə külək və günəş enerjisi layihələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.