AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Çinin Ninqbo şəhərində səfərdədir

Çin Xalq Respublikasında səfərdə olan Energetika naziri Pərviz Şahbazovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində olan Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Çinin Ninqbo şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) energetika nazirlərinin iclasının açılış mərasimində iştirak edib, həmçinin “Enerji keçidi üçün texnoloji innovasiyalar” adlı forumdaBərpa olunan enerji texnologiyaları sahəsində beynəlxalq əməkdaşlıq və enerji keçidi sahəsində Azərbaycan təcrübəsi” mövzusu ilə çıxış edib.

Səfər çərçivəsində Cavid Abdullayev “Enerji keçidində ən son texnologiyalar və Şanxay Əməkdaşlıq Təşkilatının müvafiq platformalarına dair müzakirələr”ə həsr olunmuş dəyirmi masada işirak edib.

Eyni zamanda Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə “China Datang Overseas Investment Co. Ltd” arasında yaşıl enerji dəhlizinin inkişafı üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandum Azərbaycanın bərpa olunan enerji mənbələri hesabına yaradılan elektrik enerjisi istehsalı güclərinin elektrik şəbəkəsinə təhlükəsiz qoşulmasını təmin etmək və bu enerjinin etibarlı və sabit şəkildə ötürülməsini həyata keçirmək məqsədilə əməkdaşlığı nəzərdə tutur.

Göstərilən platformalarda paylaş: