AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

İRENA: Hazırda bərpa olunan enerji layihələrinin 91%-i ənənəvi enerji layihələri ilə müqayisədə daha ucuzdur

Beynəlxalq Bərpa olunan Enerji Agentliyinin (IRENA) 2024-cü ildə bərpa olunan enerji istehsalı xərcləri ilə bağlı yeni hesabatında yaşıl enerji mənbələrinin qlobal enerji bazarlarında liderliyini qoruyub saxladığı bildirilir.
 

Sənədə əsasən, ötən il günəş panelləri texnologiyası ən ucuz ənənəvi enerji daşıyıcılarından orta hesabla 41%, külək elektrik stansiyaları isə 53% daha sərfəli olub. Ən sərfəli bərpa olunan enerji mənbəyi 0,034 dollar/kVt·saatla külək enerjisi, ikinci yerdə isə 0,043 dollar/kVt·saatla günəş enerjisidir.
 

2024-cü ildə bərpa olunan enerji üzrə 582 qiqavat güc əlavə olunub. Bu, təxminən 57 milyard ABŞ dolları dəyərində karbohidrogen yanacağının istifadəsinin qarşısını alaraq böyük maliyyə qənaətinə səbəb olub. Ötən il istifadəyə verilən yeni bərpa olunan enerji layihələrinin 91%-i yeni karbohidrogen yanacağına əsaslanan layihələrdən daha ucuz başa gəlib.

Göstərilən platformalarda paylaş: