Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Avstriya Respublikasının Vyana şəhərində keçirilən Beynəlxalq Enerji və İqlim Forumunda iştirak edir.
Səfər çərçivəsində o, 7–8 aprel tarixlərində keçirilən "Yaşıl Texnologiya Günləri", "Hidrogen üzrə Beynəlxalq Konfrans" və "Dayanıqlı Soyutma üzrə Forum" tədbirlərinə qatılıb.
Bununla yanaşı, Cavid Abdullayev "Schoenherr" hüquq firması ilə ikitərəfli görüş keçirib. Görüş zamanı bərpa olunan enerji layihələri üzrə hüquqi əməkdaşlıq, investisiya imkanları və normativ-hüquqi məsələlər müzakirə olunub.


